"Monako"nun yarımmüdafiəçisi Sesk Fabreqas PSJ-nin hücumçusu Kilian Mbappenin çıxışını dəyərləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı orta sahə oyunçusu fransalı forvardı tərifləyib.

O, Mbappenin gələcəkdə ən güclü olacağını proqnozlaşdırır: "O, fenomendi. Gələcəkdə mütləq dünyanın ən yaxşı futbolçusu olacaq. Həmişə düşünmüşəm ki, Mbappe önümdə çıxış etsəydi, onu yaxşı ötürmələrlə təmin edərdim. Təkcə sürətli oyunçu deyil, eyni zamanda mövqe seçimində də ağıllıdı. Dieqo Kosta və Tyerri Anri də belə idi. Ancaq Mbappe bacarığından necə istifadə etmək lazım olduğunu bilir.

Qeyd edək ki, Fabreqasdan əvvəl Mbappe "Monako"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest