"Neftçi"nin yarımmüdafiəçisi Dario Frederiko yenidən ölkəmizi tərk edə bilər. Braziliyalı futbolçu adıçəkilən ölkə klubunun maraq dairəsindədi. Konkret olaraq "Apollon" 28 yaşlı hücumameyilli oyunçunu heyətinə qatmaq niyyətindədi.

"Neftçi"nin yarımmüdafiəçisi Dario Frederiko yenidən ölkəmizi tərk edə bilər. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, braziliyalı futbolçu adıçəkilən ölkə klubunun maraq dairəsindədi.

Konkret olaraq "Apollon" 28 yaşlı hücumameyilli oyunçunu heyətinə qatmaq niyyətindədi. Məlumatda Limassol klubunun "sambaçı" üçün "Neftçi"yə sərfəli təklif göndərəcəyi vurğulanıb. Həmçinin o da qeyd olunub ki, "flaqman" maddi cəhətdən yaxşı təklif alarsa, Cənubi Koreyadan yenicə qayıdan və 2 illik müqavilə bağlayan Frederikonu satmağın əleyhinə olmayacaq.

Kiprdə "transfer pəncərəsi" bağlandığından, "Apollon" onu qış fasiləsində transfer etməyi düşünür.

Qeyd edək ki, ötən yay "Neftçi"yə keçən Dario Frederiko bu ilin ilk 6 ayını "Daequ"da keçirdikdən sonra yenidən "ağ-qaralar"a qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest