"Lion"un yarımmüdafiəçisi Tanqi Ndombele karyerasını İngiltərədə davam etdirə bilər. Matç.az saytının "Telegraph"a istinadən məlumatına görə, fransalı futbolçu "Mançester Siti"nin maraq dairəsindədi.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 21 yaşlı oyunçunu Fernandinyoya layiqli alternativ hesab edir və onun uzun illər komandaya kömək edəcəyini düşünür. "Mançester Siti" bu keçidin yanvarda reallaşması üçün qarşı tərəfə 40 milyon funt-sterlinq təklif edəcək.

Qeyd edək ki, Premyer Liqanın digər klubları "Tottenhem" və "çelsi" də Ndombele ilə maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest