"Bu gün qələbə qazanmaq istəyirdik, lakin bacarmadıq". Matç.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

Yığmamız Yaponiyada keçirilən dünya çempionatının ilkin qrup mərhələsində son matçını bu gün Tailanda qarşı keçirib. Rəqibinə məğlub olan (1:3) voleybolçularımız qrup 4-cüsü kimi növbəti mərhələyə adlayıb.

Turnirin rəsmi saytına danışan Ağayev rəqibin sürətinə uyğunlaşa bilmədiklərini vurğulayıb: "Uduzmağımızın səbəbi Tailandın hücum sistemində olduqca sürətli oynaması oldu. Və biz bu sürətlə ayaqlaşa bilmədik. Tailand yığması müdafiədə yaxşı oynadı, hücumlarımızın 70 faizini uğurla qarşıladı. Komandamızda hələ də bəzi problemlər var. Növbəti mərhələdə bunları aradan qaldırmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest