Filip Koku ilə yollarını ayıran "Fənərbaxça" yeni baş məşqçisini tapıb. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "sarı-lacivərdlilər" argentinalı Xorxe Sampaoli ilə anlaşmağa çox yaxındı.

Tərəflər arasında ilkin danışıq olub və Argentina millisinin sabiq çalışdırıcısının meneceri İstanbula dəvət edilib. Sampaolinin agenti Fernando Barredes rəhbərliklə danışıq masası arxasında əyləşmək üçün noyabrın 7-də Türkiyəyə yollanacaq. Əgər müqavilənin şərtlərində ortaq məxrəcə gəlmək mümkün olsa, Sampaolinin "Fənər"ə keçidi gələn həftə rəsmiləşəcək.

Qeyd edək ki, Xorxe Sampaoli builki dünya çempionatında Argentina yığmasını çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest