Futbol üzrə Rusiya kubokunda 1/16 final mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Dinamo" klubunun da rəqibi məlum olub. 
 
Moskva təmsilçisi bu mərhələdə Rusiyanın 1-ci divizionunda mübarizə aparan "Luç" komandası ilə qarşılaşacaq.
 
Paytaxtın digər təmsilçisi, Ayaz Quliyevin formasını geyindiyi "Spartak" "Kamaz"la mübarizə aparacaq. 
 
Azər Əliyev və Turqay Möhbalıyevin komandası - "Ufa" "çayka" ilə düşüb.
 
Birinci Divizionda mübarizə aparan, azərbaycanlı hücumçu Kamran Əliyevin çıxış etdiyi "Ximki" isə Premyer Liqa təmsilçisi ilə mübarizə aparmalı olacaq.
 
1/16 final mərhələsinin oyunları 25-26 sentyabrda keçiriləcək. "Ximki" evdə, "Spartak", "Dinamo" və "Ufa" isə səfərdə oynayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest