AVRO-2020-nin seçmə mərhələsində Uelsin qonağı olacaq Azərbaycan millisi ölkəni tərk edib. Komandamız az öncə Heydər Əliyev Beynəlxalq Hava Limanından yola çıxıb. Nikola Yurçeviçin yetirmələrini Böyük Britaniyaya aparan təyyarə təxminən 6 saatlıq uçuşdan sonra Kardiffə enəcək.

AVRO-2020-nin seçmə mərhələsində Uelsin qonağı olacaq Azərbaycan millisi ölkəni tərk edib. Matc.az saytının məlumatına görə, komandamız az öncə Heydər Əliyev Beynəlxalq Hava Limanından yola çıxıb.

Nikola Yurçeviçin yetirmələrini Böyük Britaniyaya aparan təyyarə təxminən 6 saatlıq uçuşdan sonra Kardiffə enəcək. "Hilton" otelində məskunlaşacaq yığmamızın sabah son məşqi və mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Uels - Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest