Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mətbuat üçün açıq məşqi olacaq. Matc.az saytı xəbər verir ki, həmin hazırlıq sabah baş tutacaq.

Baş məşqçi Milan Obradoviç yetirmələrini saat 18:00-da "Dalğa Arena"da meydana çıxaracaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Qeyd edək ki, sentyabrın 6-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya görüşü saat 20:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest