"İnfrastruktur baxımından BOS-da hər şey hazırdı. Ot örtüyü də tam hazır vəziyyətdədi. Qonaqları qəbul etmək baxımından da hər şey hazırdı. Harada oynamaq isə klubun öz qərarıdı. Biz bildiririk ki, stadion tam olaraq bu oyunları keçirmək üçün hazırdı".

Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev müsahibə verib. Matc.az saytının məlumatına görə, Qarayev arenanın Avropa Liqasını qəbul etməyə hazır olduğunu söyləyib.

- Hazırda "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarından ən azı birinin Bakı Olimpiya Stadionunda keçirilməsi mümkündürmü?

- Bu, bizim verəcəyimiz qərar deyil. İnfrastruktur baxımından BOS-da hər şey hazırdı. Ot örtüyü də tam hazır vəziyyətdədi. Qonaqları qəbul etmək baxımından da hər şey hazırdı. Harada oynamaq isə klubun öz qərarıdı. Biz bildiririk ki, stadion tam olaraq bu oyunları keçirmək üçün hazırdı. Amma belə başa düşürəm ki, oyunların Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi qərara alınıb.

- Azərbaycan milli komandasının Xorvatiya ilə oyunu "Bakcell Arena"ya salınıb. Bu görüşün BOS-da keçirilməməsinin səbəbi nədi?

- BOS-da bəzi işlər gedirdi və artıq tamamlanıb. AFFA əvvəlcədən UEFA-ya məlumat verib ki, görüş hansı stadionda olsun.

- Yığmanın Uelslə oyununu BOS-da keçirmək ehtimalı var?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Həm yığma, həm də "Qarabağ"ın oyunu ilə bağlı qərarı biz yox, ya AFFA, ya da klub verir. İnfrastruktur baxımından hazırıq. Sadəcə, bizə müraciət gəlir ki, oyunları sizin stadionda keçirməyi planlaşdırırıq. Onun əsasında hazırlıq işlərini görürük.

- BOS istənilən oyunu qəbul etməyə tam hazırdı?

- Bəli. Avropa Liqasının finalından sonra stadionun ot örtüyü tam olaraq dəyişdirilib. Yenilənmə prosesi də artıq başa çatıb. Stadion üçün ən vacib olan ot örtüyüdü. O isə bizdə tam olaraq hazırdı.

- AVRO-2020-nin 4 oyunu Bakıda olacaq. Hazırlıq işləri necə gedir?

- Hazırlıq işlərinə başlanılıb. Bildiyiniz kimi stadionun önündə ofis yerləşir və işçilər orada çalışır. UEFA tərəfindən artıq bir səfər gerçəkləşib, görüşlər olub. Stadionda qlobal dəyişiklik olmayıb. Sadəcə, bəzi yerlərdə təkmilləşmə işləri aparılacaq. Əsas işlər, demək olar ki, görülüb.

- BOS-un ehtiyat meydanında bəzi məşqlər və oyunlar keçirilir. Oranı gələcəkdə ən azı I Divizionun oyunlarını keçirmək üçün hazır vəziyyətə gətirmək olarmı?

- Həmin meydanın tribunası da var. Orada komandalar bəzi hazırlıq oyunları keçirir. Rəsmi görüşlər isə müraciətdən asılıdır. Bizə bu meydan üçün Küveyt Federasiyasından müraciətlər daxil olur və onlar burada yoxlama oyunları keçirirlər. Azərkeşlər üçün 200 nəfərlik tribuna mövcuddu. Rəsmi görüşlər üçün də stadion hazırdı. Report

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest