"Bavariya" ötən mövsüm rekord həddə gəlir əldə edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu klubun maliyyə direktoru Yan-Kristian Dreesen deyib.

O bildirib ki, Münhen təmsilçisinin ötən mövsüm dövriyyədəki pulu 750,5 milyon avro olub. Almaniya çempionu bu rekorda sponsorluq töhfələri, yayım hüquqlarının satılması və bilet gəlirləri hesabına nail olub.

Klubun ötən mövsüm xalis mənfəət artımı 78% təşkil edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest