"Sportinq" baş məşqçisi Marsel Keyzeri istefaya göndərib. Matc.az xəbər verir ki, Lissabon təmsilçisi bu barədə rəsmi sayı vasitəsilə məlumat yayıb.

İstefaya komandanın yeni mövsümə uğursuz başlaması səbəb olub. Portuqaliya çempionatında keçirdiyi 4 oyuna 7 xal toplayan komanda 5-ci sırada qərarlaşıb. Lissabonluların ötən turda doğma meydanda "Rio Ave"yə məğlubiyyəti Keyzerin sonunu gətirib. "Sportinq"in baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanın çalışdırıcısı Leonel Ponteşə həvalə olunub.

Qeyd edək ki, Keyzer "Sportinq"i 2018-ci ilin noyabr ayından çalışdırırdı. Onun rəhbərliyi altında komanda son mövsümdə Portuqaliya Kubokunun və Liqa Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest