"Mançester Siti" aparıcı müdafiəçisi Aymerik Laporte sıradan çıxıb. Matc.az saytının məlumatına görə, fransalı futbolçu bir müddət komandasına kömək edə bilməyəcək.

25 yaşlı oyunçu bu gün dizindən əməliyyat olunub. Laportenin nə zaman sıraya qayıdacağı hələ açıqlanmasa da, bunun yaxın müddətdə baş verməyəcəyi məlumdu.

Qeyd edək ki, Laporte Premyer Liqanın IV turunda "Brayton"la qarşılaşmada zədələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest