2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının loqosu müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
 
Rəsmi loqo Qətərin paytatı Dohada təşkil olunan xüsusi tədbirdə təqdim olunub. FİFA-nın yaydığı məlumata görə, mundialın loqosunda istifadə olunan "8" Dç-2022-nin oyunlarına ev sahibliyi edəcək stadionların sayını və sonsuzluq işarəsini özündə əks etdirir.
 
32 komandanın qatılacağı Dç-2022 21 dekabr-18 yanvar tarixləri arasında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest