Türkiyənin "Konyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Gürcüstan "Dinamo"sundan Levan Şengeliyanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan 23 yaşlı yarımmüdafiəçi ilə 2+1 şərti ilə müqavilə imzalanıb. O, Super Liqa klubunda 19 nömrəli formanı geyinəcək.

Şengeliya bu mövsüm "Dinamo"nun Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"yə qarşı keçirdiyi hər iki oyunda (ilk oyun 2:0, cavab oyunu 3:0) iştirak edib. O, Tiflisdə keçirilən cavab görüşündə 2 qola imza atıb.

Konya təmsilçisi Şengeliya ilə yanaşı, transfer pəncərəsinin son günündə Türkiyə millisinə də dəvət alan qapıçı Ozan Can Orucu da transfer edib. "Bucaspor" və "Altınordu" klublarının yetirməsi olan 19 yaşlı futbolçu "Konyaspor"la 5 illik müqavilə imzalayıb. O, yeni komandasında 35 nömrəli formanı geyinəcək.

"Konyaspor" Almaniya doğumlu xorvatiyalı müdafiəçisi Petar Filipoviçlə də yollarını ayırdığını elan edib. 2017-ci ildən bu komandada çıxış edən futbolçu azad agent statusu alaraq, Avstriyanın LASK klubuna keçib. Artıq Lins təmsilçisi də bu transferi rəsmən açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest