İspaniyanın "Alaves" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi Hollandiyanın "Ayaks" klubundan Lisandro Maqalyanı heyətinə cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı mərkəz müdafiəçisi 1 illik icarəyə götürülüb.
 
25 yaşlı futbolçu "Ayaks"a bu yay "Boka Xuniors"dan transfer olunub. "Ximnasiya La Plata"nın yetirməsi olan Maqalyan, "Rosario Sentral, "Defensa Xustisiya" klublarında da çıxış edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest