"Televiziyada izlədiyim futbolun mənə darıxdırıcı gəldiyini etiraf etməliyəm. Bir çox komandalar oyunu sanki yola verir". Matç.az xəbər verir ki, bu sözləri İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Xavi deyib.

Son illər Qətərin "Əl-Sədd" klubunda oynayan yarımmüdafiəçi vətənində verdiyi müsahibədə müasir futbol haqda fikirlərini açıqlayıb: "Bu da futbolu monoton edir. 4-5-1 sisteminə üstünlük verənlər məni futboldan usandırır. Belə komandalara top lazım deyil. Amma bütün bunlar mənə kömək edir. Məşqçi olanda nəyi edib, nəyi etməyəcəyimi öyrənirəm. Aydındı ki, komandamın futbol oynamasını, oyuna nəzarət, topla rəftar, fəallıq istəyəcəm. "Barselona"da olduğum vaxtdan belə görmüşəm".

Xavi bəyəndiyi komandaları da açıqlayıb: "Atletik", "Betis" kimi komandaların oyunu xoşuma gəlir. "Altetik" meydanda yola verməklə məşğul olmur, intensiv oyun nümayiş etdirir. Baxmayaraq ki, onların taktiki konsepsiyası mənə yaddı. "Betis" isə futbolda yeni nələrsə etməyə çalışır. Təbii ki, ən çox diqqət etdiyim məşqçi Xosep Qvardioladı. "Mançester Siti"dən də xoşum gəlir. Mən komandaların oyunlarının tam analiz edirəm"

Son illər yüksəlişdə olan "Atletiko" barədə danışan Xavi Dieqo Simeonenin oyun üslubunu bəyənmədiyini gizlətməyib: "Futbol taktiki cəhətdən o qədər inkişaf edib ki, boşluq buraxmaq imkansızdı. Bu üzdən bütün komandalar boşluqları aradan qaldırır. Fiziki cəhətdən daha da artırmaq da çətindi. Amma bunu son həddə qədər çatdıran varsa da, Dieqo Simeonedi. Onun komandasının müdafiə xəttini yarmaq çətin olur. Bu müdafiəçilər sonadək meydanda can qoymağı bacarır, boşluqları azaldır. Simeone hesab edir ki, meydanda dominantlıq üçün topa ehtiyac yoxdu. Ona olan hörmətimə baxmayaraq bunun əksinəyəm. Onun oyun ən böyük üstünlüyü öz ideyalarını futbolçulara aşılamağı çox gözəl bilməsidi. Simeone futbolçuları inandırıb ki, "Barselona" və "Real"a qarşı oynamağın yeganə yolu budu. Elə buna da nail ola bilib".

İspaniyalı say üstünlüyünün oyuna təsirindən bəhs edib: "Ən yaxşısı 10-un 10-a olmasıdı. Bir oyunçu az olanda boşluqlar daha çox görünür. Belə olanda daha yaxşı hücum etmək imkanı yaranır".

Xavi qapanmış müdafiəni yarmaqdan da danışıb: "Dağıdıcı oyun daha asandı, nəinki yaradıcı. Amma siz meydana 4-5-1 sistemi ilə çıxsaz da, sonda kimin qalib gələcəyini görəcəksiz".

İspaniyalı məşqçinin oyunçulara uyğunlaşmalı olmadığı fikrindədi: "Mən meydanda görmək istədiklərimlə bağlı təsəvvürlərə malikəm. Hər şey də edəcəm ki, futbolçular bunun ən yaxşı variant olduğunu anlasın. Məşqçiliyə başlayanda əlimin altında dünyanın ən yaxşıları olmayacaq. Amma onlar mənim ideyalarımı inkişaf etdirməyə çalışacaq. Mənim üçün prioritet odu ki, daim topa nəzarət edib, hücum qurmalısan. Mən "Barselona"da və İspaniya millisində yetişmişəm. Belə oyunla mümkün olan hər şeyi qazanmışıq".

Yarmmüdafiəçi məşqçiləri iki qrupa bölür: "Bəzi məşqçilər təhqir etməyi xoşlayır. Digərləri isə sakit təbiətli olur. Bütün bunlar da komandanın durumundan asılıdı. Amma əsas onun nəyə inanmasıdı. Xosep Qvardiola dünya futboluna qayıdışına kimi olan və sonrakı futbol fərqlidi. Rəqiblər onun komandasını dayandırmaq üçün yollar axtarırdı. Amma bəzən bizə elə gəlirdi ki, rəqiblər bizim qədər düşünmür. Xüsusilə də İngiltərə komandaları ilə oyunlarda belə təsəvvür yaranırdı".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest