Türkiyə Superliqasının XI turunda baş tutan "Qalatasaray" – "Fənərbaxça" görüşünün nəticəsi kölgədə qalıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, qarşılaşmadan sonra yaşananlar gündəmi zəbt edib.

Belə ki, final fitindən dərhal sonra hakimlərin yanına yaxınlaşan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim sərt şəkildə etirazını bildirib. İddiaya görə, qəzəbli olan Terim baş hakim Fırat Aydınusun sifətinə tüpürüb.

O, oyunsonrası mətbuat konfransında da referini tənqid atəşinə tutub: "Oyuna Fırata qədər və Fıratdan sonrakı mübarizə kimi yanaşmaq lazımdı. Birinci hissədə önə keçən, ikinci hissədə isə qapısında iki qol buraxan və qollar qaçıran "Qalatasaray" izlədik. Görünür, bunlar Fıratın xoşuna gəlmədi. ümumiyyətlə, o, hər zaman oyunun önünə keçmək istəyir. Halbuki görüş feyr-pley çərçivəsində gedirdi. çox kritik iki qərar oldu. Birincisi, rəqibdən "oğurlanan" topda kobuduq varsa, üzr istəməyə hazıram. İkincisi isə aut epizodudu. Valbuena-Belhanda mübarizəsində top Belhandadan auta çıxıbsa, yenə üzr istəməyə hazıram. Maraqlısı odu ki, ötən həftə də Barış Şimşək VAR-a nəzarət edirdi, bu həftə də. Deməli, başqası yoxdu. 7 hakim autu və cərimə zərbəsini görmədi. Haqqımı halal etmirəm. Nə mənim, nə komandamın haqqını kimsə yeyə bilər. Rəhbərlərinə şikayət etsəm, bilirəm ki, arxalarında duracaq. Ona görə də, onları Allaha həvalə edirəm. Hakimin yanlış qərarına qədər meydanda bir dəfə də çirkin hərəkət olmamışdı. Nəticəni bir tərəfə qoyuram. Hətta 2:2 hesabını güclə qurtardıq, uduza da bilərdik. Halbuki burda böyükhesablı qələbə qazanacağımızı gözləyirdik".

Qeyd edək ki, "Türk Telekom Arena"da keçirilən matçda "Qalatasaray" 2 top fərqi ilə öndə olsa da, "Fənərbaxça" 66 və 72-ci dəqiqələrdəki qollarla bərabərliyə nail olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest