21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Slovakiya ilə evdə keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununa təyinatlar açıqlanıb. UEFA Makedoniyadan olan briqadaya etibar edib. Sentyabrın 6-da "Dalğa Arena"da baş tutacaq qarşılaşmanı Deyan Yakimovski idarə edəcək.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Slovakiya ilə evdə keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununa təyinatlar açıqlanıb. Matc.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu Makedoniyadan olan briqadaya etibar edib.

Sentyabrın 6-da "Dalğa Arena"da baş tutacaq qarşılaşmanı Deyan Yakimovski idarə edəcək. Ona Nikola Karakolyev və Kuştrim Lika kömək edəcək. 4-cü hakim funksiyasını İqor Stoyçevski yerinə yetirəcək.

Qeyd edək ki, oyun saat 20:30-da başlayacaq. Millimi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteynə uduzub (0:1).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest