"Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar Haiti millisinin düşərgəsinə yollanmayacaq. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb futbolçunun zədə almasıdı.

Mustivar sağ budun orta 1/3-də birinci dərəcəli gərilmə diaqnozu ilə 7-8 gün müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.

Qeyd edək ki, yarımmüdafiəçi Haiti millisinin KONKAKAF Milli Liqası çərçivəsində sentyabrın 7-si və 10-u Kurakao yığması ilə keçirəcəyi oyunlara dəvət olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest