"Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl karyerasını başa vurub. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, 38 yaşlı qolkiper karyerasını bitirmək qərarına gəlib. Ancaq Volkan nə futboldan, nə də klubdan uzaq qalıb. Belə ki, o, artıq "sarı-lacivərdlilər"də məşqçilər korpusuna daxil edilib. Dəmirəl bundan sonra qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Volkan Dəmirəl 2002-2019-cu illərdə "Fənərbaxça"nın çərçivəsini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest