Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Yaponiyada keçirilən dünya çempionatında növbəti qrup mərhələsindəki rəqibləri müəyyənləşib. Matç.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri B qrupunda mərhələ adlayan komandalarla qarşılaşacaq.

C qrupundan yığmamızla yanaşı, ABŞ, Rusiya və Tailand mübarizəni davam etdirib. Adıçəkilən komandalar B qrupunda ilk 4 yeri tutan İtaliya, çin, Türkiyə və Bolqarıstanla bir qrupda yer alacaq.

Azərbaycan növbəti mərhələdə yalnız B qrupundan gələn komandalarla qarşılaşacaq. Yığmamız ABŞ, Rusiya və Tailanda uduzduğundan növbəti mərhələyə aktivində xal olmadan başlayacaq.

Qeyd edək ki, ikinci qrup mərhələsində 2 qrup olacaq və hər birində 8 komanda yarışacaq. Hər qrupdan isə 3 yığma üçüncü mərhələyə adlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest