Bu yay adı müxtəlif klublarla birgə çəkilən İtaliya "İnter"inin hücumçusu Mauro İkardinin yeni iş yeri rəsmən bəlli olub. Matc.az xəbər verir ki, argentinalı forvard bundan sonra Fransa çempionu PSJ-nin uğurları üçün çalışacaq.
 
Paris təmsilçisi 26 yaşlı futbolçunu 1 illik icarəyə götürüb. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Amma Milan təmsilçisi futbolçusunu icarəyə göndərməzdən öncə onunla müqavilənin müddətini 2022-ci ilə qədər uzadıb.
 
İkardi yeni komandasında 18 nömrəli formanı geyinəcək. PSJ mövsümün sonunda İkardinin transfer hüququnu almaq istəsə, 65+5 milyon avrosundan keçməlidi.
 
Argentinalı hücumçu 2013-cü ildən "İnter"də forma geyinir. O, daha öncə "Sampdoriya"nın da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest