"Real"ın qapıçısı Keylor Navas PSJ-yə keçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, qolkiper artıq Parisə yollanıb.
Belə ki, La Liqanın III turunda "Vilyarreal"la (2:2) keçirilən qarşılaşmadan dərhal sonra Navas xüsusi təyyarə ilə Fransaya gedib. Tərəflər keçidin son detallarını müzakirə edir. Transferin bu gün rəsmən açıqlanması gözlənilir.
Navasın əvəzinə müəyyən məbləğdə pul və PSJ-nin qapıçısı Alfons Areola "Real"a veriləcək.