"Tottenhem"in hücumçusu Fernando Lyorrente İtaliyaya qayıdıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya millisinin üzvü "Napoli"yə keçib.

Neapol klubunun prezidenti Aurelio De Laurentis sosial şəbəkə vasitəsilə bu keçidi bəyan edib. 34 yaşlı forvardın "Tottenhem"lə müqavilə müddəti başa çatdığından, o, "Napoli"yə azad agent kimi keçib.

Qeyd edək ki, Fernando Lyorrente 2013-2015-ci illərdə İtaliyada "Yuventus"un formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest