"Ərzurumspor"un qapıçısı İbrahim Şehir, nəhayət ki, seçimini edib. Qolkiper sabiq komandası "Qarabağ"a qayıdır. Ərzurum təmsilçisi Superliqanı tərk etdiyi üçün komandadan ayrılmaq qərarına gələn 31 yaşlı oyunçunun ərəb klublarından birinə transferi istisna olunmurdu.

"Ərzurumspor"un qapıçısı İbrahim Şehir, nəhayət ki, seçimini edib. Matc.az saytının Bosniya və Herseqovina mətbuatına istinadən məlumatına görə, qolkiper sabiq komandası "Qarabağ"a qayıdır.

Ərzurum təmsilçisi Superliqanı tərk etdiyi üçün komandadan ayrılmaq qərarına gələn 31 yaşlı oyunçunun ərəb klublarından birinə transferi istisna olunmurdu. Lakin bu, söz-söhbətdən başqa bir şey olmayıb və həmin ölkələrdən ona heç bir təklif gəlməyib. Həmkarlarımız həm sabiq komandası olması, həm də Avropa Liqasının qrupuna vəsiqə qazanması səbəbindən Şehiçin "Qarabağ"la anlaşdığını bildirib. Qolkiper yaxın günlərdə köhnə-yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest