Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 11-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Moskva "Spartak"ının ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra – 46-cı dəqiqədə "döyüşə atılıb".
 
Komandasının yeganə qolunu da Əliyev vurub. Azərbaycanlı forvard 70-ci dəqiqədə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.
 
"Ximki" 11 turdan sonra 27 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest