Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın "Napoli" klubunun hücumçusu Adam Unası heyətinə cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransızlar 23 yaşlı əlcəzairli hücumçunu satınalma şərti ilə 1 illik icarəyə götürüblər.
 
Fransa doğumlu Unas, bu ölkənin "Bordo" klubunun yetirməsidi. O, "Napoli"yə 2017-ci ildə transfer olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest