İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni Simeone İtaliyada iş yerini dəyişməyə qərar verib. Matc.az xəbər verir ki, 2017-ci ildən "Fiorentina"nın şərəfini qoruyan 24 yaşlı argentinalı forvard yeni mövsümdən "Kalyari"nin uğurları üçün çalışacaq.
 
Florensiya klubu hücumçusunu satınalma şərti ilə 1 illik icarəyə verib. "Kalyari" mövsümün sonunda Simeonenin transfer hüququna yiyələnmək üçün 16 milyon avrosundan keçməsi lazım gələcək.
 
"River Pleyt"in yetirməsi olan, bir mövsüm "Banfild"in də şərəfini qoruyan Covanni, İtaliyada daha öncə "Cenoa"da da forma geyinib. ötən ildən dəvət aldığı Argentina yığmasında 5 oyuna çıxan hücumçu, 1 qol da vurmağa imkan tapıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest