İngiltərə Premyer Liqasında XI tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, turun görüşləri 3 gün davam edib.

İlk qarşılaşmada "Mançester Yunayted" "Bornmut"un qonağı olub. "Qırmızı şeytanlar" rəqib üzərində əzmkar qələbə qazanıb.

Turun mərkəzi qarşılaşması Londonda keçirilib. "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Arsenal" Premyer Liqanın şərikli lideri "Liverpul"u qəbul edib. İlk "dördlük"də qərarlaşanların duelindəki qələbə meydan sahiblərinə liderlərə yaxınlaşmaq imkanı verəcəkdi. Lakin oyunda qollu bərabərlik qeydə alınıb.

Liderlər qrupunun digər sakinləri "çelsi" və "Mançester Siti" turun ikinci günü meydana çıxıb. Hər iki komanda ev oyununda 3 xal qazanıb. Manestelilər bunun üçün 6, London təmsilçisi isə 3 top vurub.

Tura "Haddersfild" – "Fulhem" oyunu ilə son qoyulub. Rəqibini 1:0 hesabı ilə məğlub edən "Haddersfild" cari mövsümdə ilk qələbəsini qazanıb və sonuncu pillədən qurtulub.

İngiltərə Premyer Liqası

XI tur

3 noyabr

"Bornmut" – "Mançester Yunayted" - 1:2
Uilson, 11 - Marsial, 35, Reşford, 90

"Kardiff" – "Lester" - 0:1
Qrey, 55

"Everton" – "Brayton" - 3:1
Rişarlison, 26; 78; Koulmen, 50 -  Dank, 33

"Nyukasl" – "Uotford" - 1:0
Peres, 60

 "Vest Hem" – "Bernli" - 4:2
Arnautoviç, 10; Anderson, 68, 84; çiçarito, 90+3 - Qudmundsson, 45; Vud, 78

"Arsenal" – "Liverpul" - 1:1
Lyakazett, 82 - Milner, 61

"Vulverhempton" – "Tottenhem" - 2:3
 Neves, 68 (pen.), Ximenes, 68 (pen.) - Lamela, 27, Moura, 30, Keyn, 62

4 noyabr

"Mançester Siti" – "Sauthempton" - 6:1
Hödt, 6 (avtoqol), Aquero, 12, David Silva, 18, Sterlinq, 45+1, 67, Sane, 90+1 - İnqs, 30 (pen.)

"çelsi" – "Kristal Pelas" - 3:1
Morata, 32; 65; Pedro, 70 - Taunsend,  53

5 noyabr

"Haddersfild" – "Fulhem" - 1:0

Fosu-Mensah, 29 (avtoqol)

1.

Mançester Siti

11

9

2

0

33-4

29

2.

çelsi

11

8

3

0

27-8

27

3.

Liverpul

11

8

3

0

21-5

27

4.

Tottenhem

11

8

0

3

19-10

24

5.

Arsenal

11

7

2

2

25-14

23

6.

Bornmut

11

6

2

3

20-14

20

7.

Mançester Yunayted

11

6

2

3

19-18

20

8.

Uotford

11

6

1

4

16-13

19

9.

Everton

11

5

3

3

19-15

18

10.

Lester

11

5

1

5

17-16

16

11.

Vulverhempton

11

4

3

4

11-12

15

12.

Brayton

11

4

2

5

12-16

14

13.

Vest Hem

11

3

2

6

13-17

11

14.

Kristal Pelas

11

2

2

7

8-16

8

15.

Bernli

11

2

2

7

12-25

8

16.

Sauthempton

11

1

4

6

7-20

7

17.

Nyukasl

11

1

3

7

7-14

6

18.

Haddersfild

11

1

3

7

5-21

6

19.

Kardiff

11

1

2

8

9-24

5

20.

Fulhem

11

1

2

8

11-29

5

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest