"Arsenal"ın yarımmüdafiəçisi Məhəmməd Elneni "Beşiktaş"la anlaşıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat verib.

"Ağ-qaralar" Misir yığmasının üzvünü birillik icarəyə götürüb. Anlaşmaya əsasən, türklər 27 yaşlı oyunçunu gələn il birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Məhəmməd Elneni "Arsenal"a 2015-16 mövsümünün dövrələrarası fasiləsində "Bazel"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest