Danimarka millisinin hücumçusu Niklas Bendtner həbs olunub. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun taksi sürücüsünü döyməsidi.

Bu üzdən saxlanılan "Rusenborq"un forvardına Kopenhagen məhkəməsi 50 gün iş kəsib. 30 yaşlı futbolçunun vəkili məhkəmənin qərarı ilə bağlı apellyasiya şikayəti verib.

Qeyd edək ki, karyerası ərzində "Arsenal", "Yuventus" kimi nəhəng klubların şərəfini qorumuş Niklas Bendtner Danimarka yığmasının heyətində 81 oyun keçirib, 30 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest