"Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

A seriyası təmsilçisi "Milan"dan Dieqo Laksaltı icarəyə götürüb. Uruqvaylı müdafiəçi satınalma şərti ilə 1 illik icarəyə götürülüb. Mövsümün sonunda Laksaltın transfer hüququnu almaq Turin klubuna 11,5 milyon avroya başa gələcək.

Qeyd edək ki, Uruqvay millisinin də üzvü olan Dieqo "Defensor Sportinq"in yetirməsidi. O, 2013-cü ildə bu klubdan İtaliya təmsilçisi "İnter"ə transfer olunsa da, Milan klubunda heç bir rəsmi oyuna çıxmayıb. Həmin dövrdən etibarən "Bolonya", "Empoli" və "Cenoa" kimi klublara icarəyə verilən sol cinah oyunçusu 2016-da "İnter"dən ayrılıb. 2016-2018-ci illər aralığında "Cenoa"da çıxış edən Laksalt "Milan"a ötən il transfer olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest