PSJ-nin idman direktoru Leonardo komandanın hücumçusu Neymar haqda danışıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəsmisi "Barselona" ilə aparılan danışıqların uğursuz nəticələndiyini söyləyib.

Amma Leonardo keçidin baş tutacağını da istisna etməyib: "Bizim mövqeyimiz aydındı. "Barselona" ilk təklifini avqustun 27-də etdi. Biz anlaşmaya digər oyunçuların cəlb edilməsinə razıyıq. Ancaq təklifimiz qəbul olunmadı. Hələlik heç bir anlaşma yoxdu. Gələcək danışıqlardan nə gözləmək olar? Bu, yeni təklif verməli olan "Barselona"dan asılıdı. Biz müddət təyin etmədik. "Transfer pəncərəsi" sentyabrın 2-də bağlanacaq. Bu, son tarixdi".

Qeyd edək ki, PSJ "Barselona"dan 130 milyon avro və 3 futbolçunun (Usman Dembele, İvan Rakitiç, Jan-Kler Todibo) icarəyə verilməsini istəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest