Matçda hesabı 81-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Franko Vaskes açıb. Amma qonaqlar cəmi 3 dəqiqə sonra buraxılan topun əvəzini çıxmağı bacarıblar.

Futbol üzrə İspaniya La Liqasında 3-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Sevilya" da növbəti matçına çıxıb.
 
Sözügedən klub turun açılış matçında doğma meydanda "Selta" ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən xal itkisi ilə ayrılıb – 1:1.
 
Matçda hesabı 81-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Franko Vaskes açıb. Amma qonaqlar cəmi 3 dəqiqə sonra buraxılan topun əvəzini çıxmağı bacarıblar.
 
Əvvəlki oyunlarından qələbə ilə ayrılan "Sevilya" ilk xal itkisinə baxmayaraq, hazırda 7 xalla zirvədə qərarlaşıb.
 
"Sevilya" ilə "Qarabağ" arasındakı ilk oyun sentyabrın 19-da Bakıda baş tutacaq və saat 20:55-də başlayacaq. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 28-də İspaniyada keçiriləcək və saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest