Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Ramilin sabiq komandası - "Krılya Sovetov"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı sabiq klubu ilə qarşılaşmada sonadək ehtiyatda qalıb.
 
"Dinamo" 8 turdan sonra 9 xalla 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest