Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, knyazlıq klubu Liqa 1-in nəhəngi PSJ-dən Artur Zaqreni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Fransanın U-19 yığmasının üzvü olan Zaqre, Paris təmsilçisinin əvəzedici komandasında çıxış edirdi. ötən mövsüm o, PSJ-nin əsas komandasında da debüt etmişdi.
 
"Monako" öz yarımmüdafiəçisi Françesko Antonuççini də icarəyə göndərib. Klub sözügedən oyunçunu Hollandiyanın ikinci divizionunda mübarizə aparan "Volendam"a icarəyə verib. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. İcarə müddəti 1 illikdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest