Futbol üzrə İran çempionatında 2-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Persepolis"lə qarşılaşıb. Türkiyəli mütəxəssis Mustafa Dənizlinin çalışdırdığı Təbriz klubu bu oyundan minimal hesabla qalib ayrılıb – 1:0.
 
Təbrizin elitadakı təmsilçisi "Maşinsazi" isə ötən gün səfərdə "Sepahan"la qarşılaşıb və məğlub olub – 0:1.
 
"Traktor" hazırda 4 xalla 16 kollektiv arasında 6-cı, "Maşinsazi" isə 1 xalla 8-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest