Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Hollandiyanın "Ayaks" klubunun gənc ulduzu Kasper Dolberqi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı danimarkalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Nitsa" bu transferə görə 20 milyon avrosundan keçib. 
 
Danimarka yığmasında 13 oyuna 3 qol vuran Dolberq, "Ayaks"da 2016-cı ildən çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest