PSJ Liqa1-in IV turunun açılış oyununda bu gün "Mets"lə qarşılaşacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisi Neymarın xidmətindən yenə yararlana bilməyəcək.

"Barselona"ya transferi gündəmdə olan "sambaçı" məşqçilər korpusunun ixtiyarında olmayacaq. Bunu komandanın baş məşqçisi Tomas Tuxel deyib. O, Neymarın uzun müddətdi komanda ilə birlikdə olmadığını və vəziyyətin dəyişmədiyini söyləyib.

Qeyd edək ki, "Mets" - "Barselona" oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest