"Bavariya"nın prezidenti Uli Heness postunda qalmayacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu futbol funksioneri özü açıqlayıb.

O, noyabrda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib. Heness bu post üçün "Adidas"ın keçmiş baş direktoru Herbert Haynerə təklif göndərib. Haynerin namizədliyi "Bavariya"nın İdarə Heyəti tərəfindən dəstəklənib.

Noyabrın 15-dək vəzifəsində qalacaq Uli Heness prezident seçkilərindən sonra 2023-cü ilin noyabrına qədər İdarə Heyətində yer alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest