İtaliyanın "Bolonya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Türkiyənin "Beşiktaş" klubunun çilili futbolçusu Qari Medeli transfer edib.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
 
"Beşiktaş" "Bolonya"nın bu transferə görə onlara 1,5 milyon avro ödədiyini açıqlayıb.
 
Medel "Beşiktaş"da iki mövsüm idi çxış edirdi. O, bu müddətdə Türkiyə Super Liqasında 51 oyuna çıxıb, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest