Yüksək Liqanın cari mövsümünün başa çatan I dövrəsində 15000-ci qol vurulub. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, VII tura qədər ümumilikdə 14995 dəfə qapı torları silkələnmişdi.

Bu turun "Liman" – "Xəzər Cənub" duelində vurulan 5-ci qol 15000-ci olub. Qolun müəllifi "Xəzər Cənub"un iranlı legioneri Farid Mazahevi olub. Onun 16:16-da vurduğu qol tarixə düşüb.

Qeyd edək ki, ilk çempionat 1993-cü ildə keçirilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest