"Mançester Yunayted"in hücumçusu Aleksis Sançes "İnter"ə keçib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, çilili forvard "neradzurra"ya icarəyə verilib.

30 yaşlı forvard bu gün Milanda tibbi müayinədən keçəcək və ardından yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək. Klublar arasında razılığa əsasən, italyanlar gələn il onu 15 milyon avro qarşılığında birdəfəlik transfer edə biləcək.

Qeyd edək ki, Aleksis Sançes "Mançester Yunayted"ə ötən il "Arsenal"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest