İnstaqramda ən çox izlənilən klubların adları müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ilk "3-lük"də dəyişiklik olub.

Konkret olaraq 3-cü pillədəki "Mançester Yunayted" yerini "Yuventus"a verib. ötən ilin yayında 10 milyon izləyicisi olan Turin təmsilçisinin artıq 31,1 milyonluq kütləsi var. Bu irəliləyişin səbəbi Kriştianu Ronaldonun "qoca sinyora"ya keçməsi göstərilir.

Sıralamada ilk iki pilləni İspaniya nəhəngləri - "Real" və "Barselona" bölüşür. "Kral klubu"nun 76,6 milyon, kataloniyalıların isə 76,1 milyon izləyicisi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest