Fransa millisinin və PSJ-nin sabiq üzvü Yoan Kabayın yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Sent-Etyen" klubuna keçib.
 
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kabay yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
 
"Lill"in yetirməsi olan Kabay, karyerası ərzində "Nyukasl", PSJ, "Kristal Pelas" kimi klublarda çıxış edib. Yarımmüdafiəçi 48 dəfə formasını geyindiyi Fransa millisində 4 qol vurub.
 
Kabay "Sent-Etyen"ə azad agent kimi keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest