Rusiyanın "Lokomotiv" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Moskva təmsilçisi "İnter"dən Joao Marionu icarəyə götürüb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi 2019/20 mövsümünü icarə əsasında "Lokomotiv"də keçirəcək.
 
Rusiya təmsilçisi mövsümün sonunda 18 milyon avro ödəyərək, Marionun transfer hüquqlarına sahib ola bilər.
 
2016-cı ildən "İnter"də çıxış edən 26 yaşlı yarımmüdafiəçi, 43 dəfə də Portuqaliya millisinin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest