İspaniyanın "Malyorka" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin "Uotford" klubunun hücumçusu Xuan Ernandesi heyətinə cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu 1 illik icarəyə götürülüb.
 
Kolumbiyalı futbolçu "Uotford"a 2017-ci ildə İspaniyanın "Qranada" klubundan transfer olunub. Gənc hücumçu geridə qalan mövsümdə də "Hueska"da icarədə çıxış edib. Xuan Ernandes həm də Kolumbiya yığmasının üzvüdü.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest