"River Pleyt"in müdafiəçisi Lukas Martines İtaliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Milan" gənc oyunçunun xidmətində maraqlıdı.

"Rossonyerlər" bu həftə ərzində 22 yaşlı mərkəz müdafiəçisinin keçidini həll etmək niyyətindədi. Argentina təmsilçisi Martinesin transferi üçün 25 milyon avro tələb edib. Transfer dönəminin son günləri olduğundan, italyanların müzakirə aparmaq üçün vaxtı çox azdı. Bu üzdən "Milan"ın məbləği ödəməyə razılıq verməsi gözlənilir.

Qeyd edək ki, Lukas Martines 2016-cı ildən "River Pleyt"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest