Futzal üzrə Azərbaycan millisi Minskdə təlim-məşq toplanışını davam etdirir. Yığmamız bu gün növbəti yoxlama görüşünü keçirəcək. Qarşılaşma Minsk şəhərindəki MAPİD İdman Kompleksində baş tutacaq.

Futzal üzrə Azərbaycan millisi Minskdə təlim-məşq toplanışını davam etdirir. Matc.az saytının məlumatına görə, yığmamız bu gün növbəti yoxlama görüşünü keçirib.

Qarşılaşma Minsk şəhərindəki MAPİD İdman Kompleksində baş tutub. Altı qolun qeydə alındığı qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb. Komandamızın heyətində İsa Atayev və Teles Thaqo fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilən ilk oyunda ev sahibləri 5:3 hesablı qələbə qazanıb.

 

Yoldaşlıq görüşü

28 avqust

Belarus - Azərbaycan 4:2
Hakimlər: İqor Qriqorev, Valeri Şeptunov, Anatoli Volıneç
Minsk. MAPİD İdman Kompleksi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest