ABŞ millisinin sabiq futbolçusu Kolin Klark vəfat edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Los-Anceles Qalaksi"nin keçmiş hücumçusu 35 yaşında ölüb.

Peşəkar karyerasına "Bulder Rapids"də başlayan Klark 4 il "Kolorado Rapids" (2006-2010), 2 il "Hyuston Dinamo"da (2010-2012) çıxış edib.

O, son klubu olan "Los-Anceles Qalaksi"də cəmi 1 il keçirib və 2013-cü ildə karyerasını bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest